Meyiti tapılan deputat haqda ilginc iddia: Sui-qəsd izi…

Meyiti tapılan deputat haqda ilginc iddia: Sui-qəsd izi...

Ermənistanda vəziyyət gərginləşir. Xəbər verdiyimiz kimi, ötən gün Kərki istiqamətində Ermənistan parlamentinin deputatı Mher Saakyan avtomobil qəzasında ölüb. Bu hadisənin qəsdən törədildiyi iddiasını səsləndirənlər kifayət qədərdir.

Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, son vaxtlar Ermənistanda ciddi problemlər yaşanır:

Meyiti tapılan deputat haqda ilginc iddia: Sui-qəsd izi...

Samir Hümbətov

“Siyasi polemikalar və sui-qəsd halları artmaqdadır. Nikol Paşinyan hakimiyyətini demokratik adlandıranlarla yanaşı siyasi terrorla məşğul olduğu ilə bağlı fikirlər səsləndirənlər də var. Həmin deputatın öldürüldüyü, ya da qəzada həyatını itirdiyi ilə bağlı dəqiq məlumat vermək mümkün deyil.

Amma indiki halda baş verən bu hadisə erməni siyasi mühitinə mənfi təsir edəcək. Yaxın zamanlarda kənar güclərin təsiri ilə ölkə daxilində müxtəlif qanadlara çalışan güclər tərəfindən siyasi polemikanın ciddi şəkildə aktivləşəcəyindən xəbər verir. Bu, Ermənistan cəmiyyətində birinci belə hal deyil. Əvvəllər də olub.

1999-cu ilin payızında parlamentin gülləbaran edilməsi də buna nümunədir. Sözügedən prosesin arxasında terror, sui-qəsd hallarının olması da istisna edilmir. Hazırda aparılan istintaqın real nəticələrinin olacağını düşünmürəm”.

Safura Bənnayeva
Globalinfo.az