Türkiyəli məşhur ifaçı İlhan Şeşen vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə sənətçinin ailəsi məlumat yayıb.
O, bir müddətdir xəstəxanada müalicə alıb. Lakin 76 yaşlı ifaçı bu gün dünyasını dəyişib.
Qeyd edək ki, müğənniyə 2023-cü ildə ağciyər xərçəngi diaqnozu qoyulub.
O, “Sarılınca Sana” , “Ellerimde çiçekler” və “Neler olur bize” kimi hit mahnılarla tanınıb.
Əliyar Xəlil
Globalinfo.az














