Məşhur MMA döyüşçüsü canına qəsd etdi – FOTOLAR

Məşhur MMA döyüşçüsü canına qəsd etdi - FOTOLAR

Amerikalı aktyor, “Power Rangers” (“Qüdrətli reyncerlər”) serialının ulduzu və qarışıq döyüş növləri (MMA) üzrə idmançı Ceyson Devid Frenk 50 yaşında intihar edib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, faciənin təfərrüatı barədə məlumat verilməsə də, aktyorun son bir neçə ildə depressiyadan əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, filmoqrafiyasında 30-dan çox layihə olan ulduza populyarlığı “Power Rangers” şousunda “Tommi” rolu gətirib