Məşhur məşqçi “Beşiktaş”a gələ bilər – Danışıqlar başladı

Məşhur məşqçi "Beşiktaş"a gələ bilər - Danışıqlar başladı

Portuqaliyalı baş məşqçi Joze Mourinyo İstanbulun “Beşiktaş” klubuna gələ bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Hüseyin Yücel bildirib.

O, bir ay əvvəl məşqçi ilə danışıqlar apardığını bildirib:

“Joze Mourinyo vəziyyəti dəyərləndirəcəyini bildirib. O, “Beşiktaş”ı izləyəcək və mənimlə əlaqə saxlayacaq”.

Xatırladaq ki, portuqaliyalı məşqçi hazırda heç bir klubda çalışmır.