Baş verən partlayış nəticəsində ölənlərin sayı 61-ə çatıb.
Partlayışa görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı öz üzərinə götürüb.
***
Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb.
Bu barədə “Dawn” qəzeti xəbər verib.
Nəşr 157 nəfərin yaralandığını bildirir.
Şəhər xəstəxanalarında fövqəladə vəziyyət elan edilib.
***
Pişəvərdə məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb.
Bu barədə “Davn” qəzeti məlumat yayıb.
Daha 157 nəfərin yaralandığı bildirilib.
***
13:55
Pakistanın Pişəvər şəhərində məsciddə partlayış baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, partlayış nəticəsində azı 17 nəfər həlak olub, daha 90 nəfər isə yaralanıb.
Yaralılardan bir neçəsinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Məlumata görə, günorta namazı zamanı kamikadze məscidə girərək özünü partladıb.














