Xarici valyuta bazarında vəziyyət sabit olaraq qalır və burada ümumilikdə təklif tələbi üstələyir.
Globalinfo.az xəbər verir ki, bu Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, son 7 ayda mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını üstələyib.
Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi də azalma meyli nümayiş etdirir. Son 12 ay ərzində bu göstərici 1.8 faiz bəndi azalaraq sentyabrda 29%-ə enib. Bu isə əhali arasında məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir.
Mərkəzi Bank qeyd edir ki, valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 9 ayında xarici ticarət balansının müsbət saldosu 1.8 milyard dollar təşkil edib.
Bununla yanaşı, pul baratları üzrə də xalis daxilolmaların ötən ilə nəzərən müsbət dinamikası müşahidə olunur ki, bu da tədiyə balansının cari hesabının profisitli olmasını dəstəkləyir.
Mərkəzi Bank 2025-ci ilin sonuna cari hesabın profisiti üzrə proqnozu cüzi olaraq artırılma istiqamətində dəyişdirib, 2026-cı ilə dair proqnozu isə dəyişməz saxlayıb.
***10:02
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
Globalinfo.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6 %, yuxarı həddi isə 8 % səviyyəsində saxlanılıb.














