Meksika məşhur narkobaronun oğlunu ABŞ-a təhvil verdi

Meksika məşhur narkobaronun oğlunu ABŞ-a təhvil verdi

Meksika təhlükəsizlik qüvvələri narkobaron El Çaponun oğlu Ovidio Quzmanı ABŞ-a ekstradisiya edib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prokurorluğundan bildirilib.

Xatırladaq ki, o, yanvar ayında Kulyakan şəhərində güclü atışmadan sonra saxlanılmışdı.

Qeyd edək ki, “Sinaloa” narkotik kartelinin rəhbəri olan El Çaponun özü 2017-ci ildə ABŞ-a ekstradisiya edilib. O, Kolorado ştatında ciddi rejimli Supermaks həbsxanasında ömürlük həbs cəzasınə çəkir.