
Tiflis Apellyasiya Məhkəməsi Gürcüstanın keçmiş prezidenti və Ukrayna vətəndaşı Mixail Saakaşviliyə qarşı sərhədi qanunsuz keçmə işi üzrə birinci instansiyanın hökmünü qüvvədə saxlayıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
“Məhkəmə Saakaşvilinin sərhədi qanunsuz keçmə işi üzrə təqsirli bilinməsi barədə qərar çıxarıb. O, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu, 8 il həbs və 3 il dövlət vəzifəsində işləməyə qadağa qoyulmasını nəzərdə tutan 12 mart cəzasına qismən əlavə edilir”, – hakim Mixail Cinçoliya bildirilib.
Qeyd edək ki, martın 17-də Tiflis şəhər məhkəməsi Saakaşvilini 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Keçmiş prezidentin ümumi həbs müddəti 12 il yarım olacaq.
Cəza müddəti 2021-ci il oktyabrın 1-dən başlayır. Beləliklə, Gürcüstanın keçmiş prezidenti əfv olunmadığı və ya şərti azadlığa buraxılmadığı halda 2034-cü ildə azadlığa çıxacaq.














