Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev general-leytenant İqor Kirillovun ölümünə görə Ukraynanın hərbi-siyasi rəhbərliyini qisasla hədələyib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, o, bu qisasın misilsiz olacağı ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, AFP və “Reuters” öz mənbələrinə istinadən Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillovun Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində öldürüldüyünü yazıb.













