ABŞ Hökumətinin Səmərəlilik Departamentinə rəhbərlik edən edən milyarder İlon Mask ölkədə yumurta qıtlığı ilə bağlı problemə görə keçmiş administrasiyanı günahlandırıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə X hesabındakı paylaşımda bildirib.
“Keçmiş prezident Co Bayden administrasiyasının əmri ilə 150 milyon toyuq öldürülüb”, – Mask bildirib.
Bir müddət əvvəl CNN ABŞ Kənd Təsərrüfatı Departamentinin ölkədə “quş qripi”nin qarşısını almaq üçün toyuqların öldürülməsi ilə bağlı tapşırıq verdiyini yazıb. Kənd Təsərrüfatı Bürosu nəticədə 2022-ci ildə 100 milyona yaxın toyuğun öldürüldüyünə dair məlumat yayıb.
Hazırda ABŞ-da ciddi yumurta böhranı yaşanır, onların qiyməti son bir neçə həftədə dəfələrlə artıb.
Qeyd edək ki, ötən gün Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası ölkəmizdən Amerika Birləşmiş Ştatlarına süfrə yumurtası ixracına başlayacağını açıqlayıb.
Ayşən Mustafa
Globalinfo.az














