Fransa parlamentinin aşağı palatasının bürosu Prezident Emmanuel Makrona qarşı impiçment prosedurunun başlanması barədə qətnaməni qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Parisien” qəzeti yayıb.
Qeyd edək ki, büro aşağı palatanın ali kollegial orqanı hesab edilir. Hazırda burada üstünlük sol partiyaların əlindədir.
Bir müddət öncə Fransanın sol partiyaları Makronun impiçmentinin başladacağını deyiblər. Onlar bunu Makronun baş nazir təyinatında onlarla hesablaşmaması ilə əlaqələndiriblər. Hazırda məhz sol partiyalar parlamentdə səs çoxluğuna sahib qüvvə hesab edilirlər. Makron və sağçılar onlardan az fərqlə geri qalaraq, müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
Əliyar Xəlil
Globalinfo.az















