Putinin mesajına Makrondan cavab gəldi

“Putinlə Ukraynada gərginliyin azaldılması yollarını müzakirə etməyə hazıram”.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Bir tərəfdən, Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün Kiyevə lazım olan hər şeyi verməliyik. Eyni zamanda gərginliyin azaldılması üçün addımlar atmaq zəruridir. Biz müəyyən edilmiş nəticəyə, yəni ədalətli sülhə nail olmalıyıq. Əgər Putin nəsə təklif etsə, mən onu dinləyəcəm”, – deyə Makron vurğulayıb.

Qeyd edək ki, daha öncə Putin Parislə qarşılıqlı əlaqəyə hazır olduğunu bildirib. Rusiya liderinin sözlərinə görə, əvvəllər Makronla yaxşı işgüzar münasibətləri olsa da, Fransa prezidenti buna son qoyub.

Əliyar Xəlil
Globalinfo.az