Makron Fransa daxilində “yeni dövlət” elan etdi

Makron Fransa daxilində “yeni dövlət” elan etdi

Makron Yeni Kaledoniyanın Fransanın tərkibində yeni dövlət olacağını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, X sosial şəbəkəsində müvafiq mesaj dərc edib.

“On gündən çox davam edən danışıqlardan sonra seçilmiş rəsmilər və Yeni Kaledoniyanın nümayəndələri tarixi razılığa gəliblər. Ümumi gələcək qurmaq naminə xoşməramlı birləşmənin vaxtı çatıb”, – Makron vurğulayıb.

Daha əvvəl bildirilib ki, Yeni Kaledoniya dövlətinin yaradılması haqqında saziş Parisətrafı qəsəbələrdə imzalanıb. O, Fransanın xaricdəki ərazisini geniş muxtariyyətlə təmin edəcək.

Əliyar Xəlil

Globalinfo.az