Makron Ağ Evə gəldi, Tramp onu qarşılamadı – VİDEO

Makron Ağ Evə gəldi, Tramp onu qarşılamadı – VİDEO

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla Ukrayna müharibəsi ilə bağlı danışıqlar aparmaq üçün Ağ Evə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Səfərin planına əsasən, iki lider ikitərəfli danışıqlar aparacaq və birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, Makron yenidən prezident seçilməsindən sonra Trampı ziyarət edən ilk Avropa lideri oldu.

Makronun Ağ Evə səfəri zamanı diqqətçəkən bir məqam olub. Belə ki, ABŞ Prezidenti həmkarını qarşılamağa çıxmayıb. Makron xidməti avtomobilindən enərək Ağ Evə daxil olub.

Aysel Əliyeva
Globalinfo.az