Mahmud Qurbanov istefa verdi – “Səbail”in yeni baş məşqçisi bəlli oldu

Mahmud Qurbanov istefa verdi - “Səbail”in yeni baş məşqçisi bəlli oldu

“Səbail” klubunun yeni baş məşqçisi bəlli olub.

Globalinfo.az Sportlife.az-a istinadən xəbər verir ki, Şahin Diniyev “dənizçilər”in yeni baş məşqçisi olacaq.

Təyinatın tezliklə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Mahmud Qurbanov bu gün baş məşqçi vəzifəsindən istefa verib.

***

“Səbail”in baş məşqçisi Mahmud Qurbanov tutduğu vəzifəsindən istefası ilə bağlı klub rəhbərliyinə müraciət edib.

Globalinfo.az xəbər verir ki, 49 yaşlı mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klubun Müşahidə Şurası tərəfindən qəbul olunub.

“Dənizçilər” Mahmud Qurbanova xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

“Səbail” baş məşqçi vəzifəsinə təyinatla bağlı ictiamiyyətə yaxın günlərdə məlumat veriləcəyini vurğulayıb.