Macarıstan hökuməti ölkənin əsas qanununa 17-ci düzəliş layihəsini parlamentə təqdim edib. Dəyişiklik qəbul edilərsə, ölkə prezidenti Tamas Şuyokin səlahiyyətlərinə vaxtından əvvəl xitam veriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazir Peter Madyar televiziya ilə yayımlanan videomüraciətində məlumat verib.
Madyarın sözlərinə görə, konstitusiya dəyişikliyi qüvvəyə minəcəyi təqdirdə hazırkı prezidentin səlahiyyət müddəti başa çatacaq.
Baş nazir bildirib ki, Şuyok prezident kimi üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməyib və əvvəlki hakimiyyət dövründə baş verən sui-istifadə hallarına göz yumub. Buna görə də onun dövlət başçısı postunda qalmasının qəbuledilməz olduğunu vurğulayıb.
Əliyar Xəlil