İspaniyanın paytaxtı Madriddən cəmi 15 kilometr məsafədə mühacirlərin və yoxsul ispanların məskunlaşdığı Avropanın ən böyük şəhər kənarı ərazisi kimi tanınan Kanada Realda 4500 nəfər iki ildir elektrik enerjisi ilə təmin edilmir.
Globalinfo.az bildirir ki, Mərakeş və Latın Amerikalı mühacirlərin və qaraçıların çoxluq təşkil etdiyi təxminən 40 il əvvəl gecəqonduların yaranması ilə böyük şəhərətrafı qəsəbəyə çevrilən Kanada Real bu günlərdə Madridin ən ciddi sosial problemləri yaşanan yerə çevrilib.
“Naturgy” enerji şirkəti 2020-ci ilin oktyabr ayında qeyri-qanuni istifadə səbəbi ilə elektrik enerjisini kəsdiyi Kanada Realda 1800-ü uşaq olmaqla, təxminən 4500 insan üçüncü qışını işıqsız keçirməyə hazırlaşır.
![]()

















