Macarıstan Avropa İttifaqı sammitində Ukraynanın Aİ-yə üzvlüklə bağlı danışıqlara başlaması barədə qərarı bloklayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Suspilne” nəşri məlumat yayıb.
Budapeşt həmçinin sammitin yekunlarına dair Ukraynanı dəstəkləyən ortaq bəyanatın qəbuluna da imkan verməyib.
Bloklanan sənəddə aşağıdakı müddəalar yer alırdı:
Ukraynaya 2025-ci ildə 30,6 milyard avro maliyyə yardımı ayrılması;
Rusiyanın atəşi dərhal dayandırmağa çağırılması;
Moskva və onun “kölgə donanması”na qarşı yeni sanksiyaların tətbiqi;
Ukraynanın Avropa İttifaqına inteqrasiyası istiqamətində irəliləyişin dəstəklənməsi.
Hazırda bu sənədin aqibəti və danışıqların necə davam edəcəyi qeyri-müəyyən olaraq qalır. Macarıstanın bu addımı Aİ daxilində gərginliyi artırmaqla yanaşı, Ukraynanın gələcək Avropa kursuna ciddi təsir göstərə bilər.
Aysel Əliyeva
Globalinfo.az














