Lunyov “Qarabağ”dan ayrılır

“Qarabağ” Andrey Lunyovla yollarını ayırmağa hazırlaşır.

Globalinfo.az apasport.az-a istinadən bildirir ki, rusiyalının komandada qalmayacağı dəqiqləşib.

Belə ki, ölkə kubokunun “Zirə”yə qarşı keçiriləcək final oyunundan sonra Andrey Azərbaycanı tərk edəcək.

Onunla müqavilə müddəti artırılmayacaq.

Qeyd edək ki, Lunyov mövsümün əvvəlində “Bayer”dən ayrılaraq “Qarabağ”a keçmişdi.