Lukaşenko Putini hava limanına şəxsən yola saldı

Belarus prezidenti Aleksand Lukaşenko Rusiya lideri Vladimir Putini Minsk hava limanından şəxsən yola salıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidmətinə yaxın olan mənbə məlumat verib.

Artıq Belarus və Rusiya prezidentləri hava limanına yola düşüblər.

Xatırladaq ki, Lukaşenko Putinlə Rusiya lideri Belarusa gələndə görüşüb. Cümə günü prezidentlər arasında dar və geniş tərkibdə danışıqlar baş tutub.

Müşviq Tofiqoğlu
Globalinfo.az