“London Bakını seçdi” – Zatulin Qafqaz planını açıqladı

"London Bakını seçdi" – Zatulin Qafqaz planını açıqladı

London enerji resursları və geosiyasi təsir baxımından Qafqazda mühüm rol oynamağa çalışır.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin “Zaman göstərəcək” verilişində deyib.

“Azərbaycanda və ümumilikdə regionda Britaniyanın xüsusi rola iddiası var. Ermənistan isə daha çox FransaABŞ-ı prioritet tərəfdaş kimi görür,” – deyə deputat qeyd edib.

Onun sözlərinə görə, Britaniyanın bu fəallığı “Brexit”dən sonra Avropa ilə əlaqələri bərpa etmək cəhdləri ilə bağlıdır.

“Buna görə də Böyük Britaniya anti-Ukrayna kampaniyasında bu qədər fəaldır. Avropa İttifaqı ilə əlaqələri yenidən formalaşdırmaq istəyir”, – Zatulin əlavə edib.

Tahir Turan
Globalinfo.az