Lerikdə dağ uçqunu: kənd yolu bağlandı – Ərazi nəzarətə götürüldü

Lerikdə dağ uçqunu: kənd yolu bağlandı - Ərazi nəzarətə götürüldü

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, uçqun baş verən əraziyə gedən yolda Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb. Baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə həmin istiqamətdə nəqliyyatın hərəkəti nəzarətdə saxlanılır.

Qeyd edək ki, yol hələlik bağlıdır. Ərazidə texnikalar işləyir.

 

***18:00

Lerikdə dağ uçqunu olub.

Globalinfo.az APA-ya istinadən bildirir ki, Lerik rayonunun mərkəzindən 18 km uzaqda yerləşən Çayrud kəndində dağ uçqunu olub.

Dağdan düşən iri qaya parçası yolu bağlayıb. Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, baş verən uçqun zamanı Çayrud kəndinə gedən yol bağlanıb.

Hazırda ağır texnikalar əraziyə cəlb olunub, yolun açılması istiqamətində işlər davam etdirilir. Günün sonuna kimi yolun açılması nəzərdə tutulub.