Lənkəranda güclü külək fəsadlar törədib – FOTOLAR

Lənkəranda güclü külək fəsadlar törədib – FOTOLAR

Axşam saatlarında Lənkəranda əsən güclü külək ciddi fəsadlara səbəb olub.

Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, güclü külək nəticəsində irigövdəli ağaclar aşıb və onların bəziləri elektrik naqillərinin, internet xətlərinin üzərinə düşüb. Nəticədə şəhərin mikrorayon, Səttərxan küçələrində, həmçinin Sütəmurdov və Velədi kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri və digər aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Lənkəranda güclü külək fəsadlar törədib – FOTOLAR Lənkəranda güclü külək fəsadlar törədib – FOTOLAR Lənkəranda güclü külək fəsadlar törədib – FOTOLAR Lənkəranda güclü külək fəsadlar törədib – FOTOLAR