“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamaları media məkanında ciddi narazılığa səbəb olub. Belə ki, rusiyalı nazirin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı (MDBMİ) çıxışından sonra xarici agentlərin kütləvi informasiya hücumu qeydə alınıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi Teleqram kanalında məlumat paylaşılıb.
Qeyd olunub ki, Lavrovun müasir beynəlxalq münasibətlər və gələcək çoxqütblü dünya haqqında dedikləri təhrif edilməyə çalışılıb. Nazirliyin fikrincə, rusofob və Avro-Atlantik qurumların təbliğatçıları çıxışı təhrif edərək ictimaiyyətdə yanlış təsəvvür yaratmağa çalışıblar.
Nazirlik xatırladıb ki, Lavrovun çıxışının əsas ideyası ölkələr arasında açıq və dürüst dialoqa çağırış olub. Lavrov çıxışında vurğulayıb ki, Rusiya yeni divarlar tikmək niyyətində deyil və bərabərhüquqlu əməkdaşlıqda maraqlıdır.
Tahir Turan
Globalinfo.az














