Moskva və Kiyev hazırlıq görür – Yaxın vaxtlarda… – YENİLƏNİB

Moskva və Kiyev hazırlıq görür – Yaxın vaxtlarda... – YENİLƏNİB

“Lavrov Rusiyanın atəşkəs üçün öz şərtlərini əks etdirən sənəd hazırlamağı planlaşdırdığını deyib. Bu, daha genişmiqyaslı danışıqlar üçün əsas ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “CBS News”a verdiyi müsahibədə Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı barədə sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, Ukrayna da öz təklif variantı üzərində işləyir və Kiyev yaxın vaxtlarda bunu təqdim edəcək.

***20:22

“Bu müharibəni bitirməyin vaxtı çatıb”.

Globalinfo.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla bu gün baş tutan telefon danışığından sonra bəyanatla çıxış edib.

Rubio bildirib ki, ölüm və dağıntılar dərhal sona çatmalıdır. Onun sözlərinə görə, ABŞ tərəfi güclü və real sülh planı təqdim edib və İstanbulda əldə olunan əsir mübadiləsi razılaşmasını yüksək qiymətləndirir.

“Bu, əldən verilməməli olan böyük bir fürsətdir”, – deyə Rubio qeyd edib.

*** 16:53

ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının nəticələrini müzakirə ediblər.

Əliyar Xəlil
Globalinfo.az