“Avropa ölkələrinin Ukraynaya sülhməramlı göndərilməsi ilə bağlı müzakirələri doğru deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Krasnoy zvezde”yə müsahibəsində deyib.
O qeyd edib ki, bu qərar Kiyevin müharibəyə təhrikinin davamıdır:
“Fransa Prezidenti Emmanuel Makron da İngiltərənin Baş naziri Keyt Starmer kimi bəzi fikirlər səsləndirir. Onlar minlərlə sülhməramlı qüvvələrə təlim keçirlər. Bu da həyasızlıqdır. Heç kim bizdən bununla bağlı nəsə soruşmur”.
Lavrov ABŞ Prezidenti Donald Trampın bu məsələdə haqlı davrandığını bildirib:
“O, hər şeyi başa düşür. Bilir ki, tərəflərin razılığı olmalıdır”.
Əliyar Xəlil
Globalinfo.az














