
Laçında baş verən qəzanın bəzi təfərrüatları məlum olub.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, keçmiş polis əməkdaşı Laçın rayonunun Hacıxanlı kənd sakini, müvəqqəti olaraq Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində, 17 nömrəli yataqxanada məskunlaşmış 1968-ci il təvəllüdlü Mahir Əhəd oğlu Abdullayev idarə etdiyi “Mersedes” markalı 50 DU 564 dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək yol maşını kənarına aşırıb. Laçın rayonunun Qarakeçdi kəndi ərazisində baş verən qəzada hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Laçın rayonunun Qarakeçdi kəndi ərazisində baş verən qəza nəticəsində sürücü M.Abdullayev, maşında sərnişin qismində əyləşmiş həmyerlisi, müvəqqəti olaraq Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsi, 17 nömrəli yataqxanada məskunlaşmıış 1967-ci il təvəllüdlü Şəhla Kamil qızı Novruzova və Laçın rayonunun Qarabəyli kənd inzibati ərazi dairəsinin Lolabağırlı kəndində daimi qeydiyyatda olan, müvəqqəti olaraq Bərdə şəhərində məskunlaşmış 1982-ci il təvəllüdlü Xədicə Kamil qızı Novruzova hadisə yerindəcə həlak olublar. Avtomobildə olan digər sərnişin – Laçın rayonunun Hacıxanlı kənd inzibati ərazi dairəsinin Hacıxanlı kəndində daimi qeydiyyatda olan, müvəqqəti olaraq Abşeron rayonunun Mehdiabad qəsəbəsi Gənclər Şəhərciyində məskunlaşmış 2004-cü il təvəllüdlü Ramilə Yasən qızı Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. R. Abdullayevaya Şuşa şəhərində ilkin tibbi yardım göstərildikdən sonra o, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma davam edir.
Laçındakı qəzada dünyasını dəyişmiş sürücü
***21:37
Laçında ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, bir nəfər yaralanıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarakeçdi kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.














