Laçın yolu ilə bağlı razılıq əldə olunub – Erməni deputat

Laçın yolu ilə bağlı razılıq əldə olunub – Erməni deputat

“Laçın yolu Praqada keçən il əldə olunan razılaşma nəticəsində bağlanıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Blokundan olan deputat Andranik Tevanyan deyib.

O, Laçın yolunun bağlanmasına görə rəsmi Bakını ittiham etməyin yersiz olduğunu bildirib.

A.Tevanyan vurğulayıb ki, bu görüşdə Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb.

“Qeyd etmək istəyirəm ki, ölkənin birinci şəxsi anti-Rusiya isteriyasını alovlandırır. Hansı ki, buraya həm də bizim kövrək təhlükəsizlik sistemimiz daxildir”, – erməni deputat deyib.

Gülnar Səlimova
Globalinfo.az