Laçın-Xankəndi yolunda ekofəalların etirazları 37 gündür davam edir – FOTO – VİDEO

Laçın-Xankəndi yolunda ekofəalların etirazları 37 gündür davam edir - FOTO - VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Globalinfo.az  xəbər verir ki, aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Havanın qarlı və şaxtalı olmasına baxmayaraq, eko-fəallar aksiyanın 37-ci günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.