Kursk vilayətində bir qrup ukraynalı əsgər rus qoşunlarına təslim olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik qüvvələrinin nümayəndəsi TASS-a bildirib.
Məlumata görə, əsgərlər Çerkasski Poreçnı yaxınlığında Rusiya Silahlı Qüvvələrinin əlinə keçib.
“Ukraynalı döyüşçülərin əksəriyyəti mövqelərini tərk etmək və ya təslim olmaq cəhdlərinin öz yoldaşları tərəfindən öldürülməsi ilə nəticələnə biləcəyindən xəbərdardır. Onların arxasında blok dəstələri var və minalanmış sahələr yaradılıb”, – mənbə agentliyə açıqlamasında qeyd edib.
Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin Kursk sərhəd bölgəsində şiddətli döyüşləri davam etdirdiyi bildirilir. Rus qoşunları eyni anda bir neçə istiqamətdə irəliləyir.
Günay Rəsulqızı
Globalinfo.az














