Ukrayna ordusu Krımda Cankoy dəmir yolu stansiyasında əməliyyat keçirib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahından məlumat verilib.
“Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələri Cankoy dəmir yolu stansiyası yaxınlığında xüsusi əməliyyat həyata keçirib. Əməliyyat avqustun 21-nə keçən gecə baş tutub. Xüsusi təyinatlılar rusların yanacaq dolu qatarına hücum edib”, – məlumatda qeyd olunub.
Bildirilib ki, hücum nəticəsində rus ordusunun cənub qruplaşmasının təminatında çətinliklər yaranıb.













