“Rusiya Prezidenti Vladimir Putin İranın Ali Rəhbəri Ayətullah Əli Xameneini İsrailə qarşı təmkinli olmağa çağırıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Resuters”ə iki adı açıqlanmayan yüksək vəzifəli rəsmisi məlumat verib.
Məlumata görə, Putin Tehranın planlaşdırdığı cavab tədbirləri çərçivəsində Xamneyiyə mülki İsrail vətəndaşlarına zərər verməməyi tövsiyə edib. Rusiya prezidentinin bu mesajını Xameneiyə Federal Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun çatdırdığı bildirilir.
“Reuters”ə danışan İran rəsmilərinin sözlərinə görə, Şoyqunun səfəri Moskvanın öz tələblərini rəsmi Tehrana çatdırma üsullarından biridir.
Qeyd edək ki, Sergey Şoyqu ötən gün İrana səfər edib. O, Prezident Məsud Pezeşkianla görüşüb.
Ayşən Mustafa
Globalinfo.az














