Kreml Köçəryanı seçdi: Sərkisyan və komandasına pis xəbər

Kreml Köçəryanı seçdi: Sərkisyan və komandasına pis xəbər

“Dünyanın bütün ölkələrində müxalifət qüvvələri arasında kəskin fikir ayrılığı, münaqişələr var. Ermənistanın ikinci və üçüncü prezidentlərinin komandaları arasında da ziddiyyətlərin olması yeni deyil”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Armen Bədəlyan deyib.

O, Robert Köçəryan və Serj Sərkisyanın tərəfdarları arasında müşahidə olunan mübahisəli vəziyyətin təəccüblü olmadığını bildirib:

“Rusiya və ABŞ arasında münasibətlər düzəlməyə başlayıb. Vaşinqton artıq Cənubi Qafqazda maraqlı deyil. Bu da regionun Moskvanın təsiri altına düşməsi deməkdir. Yəni artıq bəzi qüvvələr hökumət dairələri və oturuşmuş güclərdən ayrılmalıdırlar. Köçəryanın tərəfdarları Sərkisyanın fərdi mübarizə aparmasının daha doğru olduğunu düşünürlər.

Kremlin Ermənistanda əsas qüvvə kimi Robert Köçəryana üstünlük verdiyi açıq-aydın görünür. Ölkədəki siyasi dairələrdə də Körçəryana münasibət müsbət, Sərkisyana isə mənfidir. Hazırda üçüncü prezidentin komanda yoldaşlarının fəallaşmasının səbəbi budur”.

Ayşən Mustafa
Globalinfo.az