Kolumbiyada ardıcıl iki güclü zəlzələ: əhali təşvişdə

Kolumbiyada 6,1 və 5,6 bal olmaqla iki ardıcıl zəlzələ baş verib.

Globalinfo.az yerli mediaya istinadən xəbər verir ki, ilk 6,1 ballıq yeraltı təkanlar El Kalvaria qəsəbəsi yaxınlığında meydana gəlib.

13 dəqiqədən sonra isə Villavicencio şəhəri yaxınlığında 5,6 bal gücündə ikinci zəlzələ qeydə alınıb.

Paytaxt Boqotada da hiss edilən zəlzələ əhali arasında panika yaradıb.

Hər hansı dağıntı və tələfat qeydə alınmayıb.