Xocalı qatillərini qoruyan hakim cəzalandırıldı – FOTO

Xocalı qatillərini qoruyan hakim cəzalandırıldı - FOTO

Ermənistanın keçmiş prezidentləri, Xocalı qatilləri Robert Köçəryan və Serj Sərkisyanın məhkəmə işinə baxan birinci instansiya hakimi Anna Danibekyan vəzifəsindən azad edilib. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Ali Məhkəmə Şurası açıqlayıb.

A.Danibekyan Köçəryan, Sərkisyan və başqa bir neçə nəfərin məhkəmə prosesini bilərək yubatmaqda, qanunsuz və əsassız icraata yol verməkdə ittiham olunub.

Məlumata görə, o, Köçəryan və digərlərinə iddia müddətinin başa çatması səbəbi ilə bəraət verib. Bu qərar Ermənistan ədliyə orqanlarının sərt reaksiyasına səbəb olub. Beləliklə, hakim A.Danibekyanın fəaliyyətinin araşdırılmasına başlanılıb. Ali Məhkəməyə onunla bağlı şikayəti təmin edib və nəticədə Danibekyan hakim vəzifəsindən azad olunub.

Ayşən Mustafa
Globalinfo.az