Köçəryan: “Putin Paşinyanın uğurunu qısqanır”

Köçəryan: "Putin Paşinyanın uğurunu qısqanır"

“Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışının Rusiya əleyhinə olduğu aydındır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Milli Müdafiə və Təhlükəsizlik Məsələləri Komitəsinin sədri Andranik Köçəryan deyib.

“Rusiya Paşinyanın Avropa Parlamentindəki çıxışını qısqanır. Bu çıxışın məqsədi aydın idi. Təhlükəsizlik məsələsi zarafat deyil. Ermənistan hakimiyyəti ölkənin maraqlarına xidmət edir. Tərəfdaşlarımız aramızdakı əlaqələri əsl dostluq kimi qələmə vermək istəyirlər. Lakin əgər münasibətlər bundan kəınara çıxarsa biz baş verənləri qeydə alır, götür-qoy edib elə qərar veririk. Ermənistan çox çətin vəziyyətdədir və təhlükəsizlik sisteminin idarə olunması problemi çərçivəsində bütün tərəfdaşlıq münasibətləri düzgün idarə olunmalıdır”, – Köçəryan bildirib.

Əliyar Xəlil
Globalinfo.az