Fransanın mərhum prezidenti İrəvandan belə “qovuldu” – FOTO

Fransanın mərhum prezidenti İrəvandan belə "qovuldu" - FOTO

Fransanın sabiq prezidenti Jak Şirakın (1932-2019) 2006-cı ildə Ermənistanın o zamankı lideri Robert Köçəryanla İrəvanda açılışını etdiyi meydanda qoyulan lövhə sökülüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, həmin il iki ölkə rəhbərinin iştirakı ilə İrəvanda Fransa meydanının açılışı baş tutub. Meydanda Jak Şirakla Robert Köçəryanın adlarının olduğu lövhə asılıb. Lakin bir neçə gün əvvəl sözügedən lövhənin yerində olmadığı, sadəcə küçənin adının yer aldığı yeni lövhənin asıldığı görülüb.

“Hraparak” bunun səbəbini aydınlaşdırmaq üçün İrəvan bələdiyyəsinə sorğu ünvanlasa da, qəribə cavabla qarşılaşdığını yazır. Belə ki, bələdiyyə lövhənin aqibətindən xəbərsiz olduğunu, 2022-ci ildə Fransa meydanın keçirilən aksiyalar zamanı zədələndiyini güman etdiyini deyib. Müxalifətin öz liderinin adının yer aldığı lövhəyə zərər verməsi iddiası isə birmənalı qarşılanmayıb.

Fransanın mərhum prezidenti İrəvandan belə "qovuldu" - FOTO
2006-cı il, İrəvan. Jak Şirak və Robert Köçəryan Fransa meydanının açılışında

Fransanın mərhum prezidenti İrəvandan belə "qovuldu" - FOTO
2024-cü il, avqust

Ayşən Mustafa
Globalinfo.az