Robert Köçəryan yoxa çıxdı – Hansı ölkəyə qaçıb?

Robert Köçəryan yoxa çıxdı - Hansı ölkəyə qaçıb?

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Avropaya qaçıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr yazır ki, R.Köçəryanın komanda yoldaşları və tərəfdarları onun aktiv siyasətdən getdiyini inkar etməyə çalışırlar. Lakin keçmiş prezidentin 2 aydan çox ölkədə olmaması iddiaların həqiqətə uyğunluğunu sübut edir.

R.Köçəryanın hazırda Almaniyada olduğu ehtimal edilir. Onun Vladimir Putinə yenidən Rusiya prezidenti seçilməsi ilə bağlı təbrik məktubunu da Avropadan ünvanladığı bildirilir.

Parlamentin “Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyan Köçəryanın xaricdə olması ilə bağlı məlumatlara belə cavab verib:

“Robert Köçəryanın ölkədən çıxış qadağası ləğv edilib. Başqa şərh verə bilmərəm”.

Qeyd edək ki, R.Köçəryanın oğlu Levon Köçəryan sentyabrın 19-u İrəvanda keçirilən aksiyalar zamanı saxlanılıb, daha sonra həbs edilib. Bu zaman müxalifət deputatları L.Köçəryanın azad edilməsi və deputat mandatı alması üçün hərəkətə keçiblər. Levon Köçəryan hazırda Ermənistan parlamentində müxalifət deputatları sırasındadır. Onun atasının siyasi xəttinə rəhbərliyi ələ almağa çalışdığı bildirilir.

Ayşən Mustafa
Globalinfo.az