Kobaxidze: Abxaziya və Osetiya ilə birləşəcəyik!

Kobaxidze: Abxaziya və Osetiya ilə birləşəcəyik!

Gürcüstan xalqı səbirli olsa, Abxaziya və Cənubi Osetiya ilə birləşmək mümkündür.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu fikri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində deyib.

“Düşünürəm ki, ərazi bütövlüyünün bərpası realdır – əgər biz səbir göstərsək və bu səbrimizdən öz siyasətimizi istiqamətləndirmək üçün istifadə etsək. Bu məsələnin həlli, əlbəttə ki, müxtəlif amillərdən asılı olacaq, lakin səbr və düzgün siyasətlə hər şey mümkündür”, – Kobaxidze bildirib.