Kim Çen İn Putinin hədiyyə etdiyi avtomobildə

Şimali Koreya lideri Kim Çen İn ilk dəfə bir tədbirə Rusiya Prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi “Aurus” avtomobili ilə gedib.

Globalinfo.az APA-ya istinadən xəbər verir k, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

“Yoldaş Kim Çen İnin Rusiya Federasiyası Prezidenti tərəfindən hədiyyə edilmiş şəxsi avtomobilindən istifadə etməsi KXDR ilə Rusiya arasında hərtərəfli möhkəmlənməkdə və inkişaf etməkdə davam edən dostluğun bariz təzahürüdür”.

Qeyd edilir ki, “eksklüziv avtomobil funksional, mükəmməl və tamamilə etibarlıdır”.

Bundan əvvəl Koreya Mərkəzi Xəbər Agentliyi Rusiya prezidenti Vladimir Putinin Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə etdiyini bildirib.

Şimali Koreya lideri Kim Çen İn Rusiyadan bu avtomobili hədiyyə olaraq alan ilk lider olub.