Kim Çen İn onu edam etdirdi

Kim Çen İn onu edam etdirdi

Koreya Xalq Demokratik Respublikasının (KXDR – Şimali Koreya) sabiq xarici işlər naziri Ri Yonq-honun edam olunması barədə məlumatlar yayılıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi mənbələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, sabiq nazir ötən il öldürülüb. Onun yay-payız aylarında edam olunduğu qeyd edilib. Detallar açıqlanmayıb. Məlumata görə, XİN başçısı ilə birlikdə nazirliyin 5 əməkdaşı da öldürülüb.

Cənubi Koreyanın Birləşdirmə Nazirliyi isə açıqlama yayaraq məlumatdan xəbərdar olduqlarını və informasiyaların yoxlandığını bəyan edib.