VACİB XƏBƏRLƏR

Eldar Əzizov və Zaur Mikayılov həmin evin söküldüyü əraziyə getdi – VİDEO

Gündəm

1 4

Bu gün axşam saatlarında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş və Keşlə qəsəbəsində yağış sularının kənarlaşdırılmasında problem yaratmış ikimərtəbəli evin söküldüyü yerə baxış keçiriblər.

Globalinfo.az  xəbər verir ki, ərazidə aidiyyatı qurumlara tapşırıqlar verilib, problemin həlli istiqamətində konkret tədbirlər müəyyənləşdirilib.

***

Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş ikimərtəbəli evin sökülməsi qərara alınıb.

Globalinfo.az xəbər verir ki, aidiyyəti qurumlar tərəfindən artıq söküntü işlərinə başlanılıb.

    Belə ki, evin bünövrəsinin çökməsi nəticəsində kollektorun bir hissəsi tutulub və yağış sularının kənarlaşdırılması çətinləşib. Nəticədə güclü yağıntı zamanı ərazidə su basma halları baş verib.

    Məlumata görə, gələcəkdə belə halların qarşısının alınması üçün qanunsuz inşa edilmiş həmin evin təcili sökülməsi və kollektorun bərpa edilməsi zəruri hesab olunur.

      • Keşlədə kollektorun üzərində tikilmiş evin söküntüsünə başlanılıb
      • Keşlədə kollektorun üzərində tikilmiş evin söküntüsünə başlanılıb

    Paylaş:

    Ən çox oxunan xəbərlər

    Rubrika

    Bizi izləyin

    Xəbər axtarın
    Axtarış