Keşiş qəzəbləndi: Onlar mənə heç nə edə bilməzlər

“Vətən uğrunda Tavuş” hərəkatının üzvü Babken Asryan azadlığa buraxılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə arxiyepiskop Baqrat Qalstanyan özü məlumat verib.

***

“Bizim ən sadiq adamlarımızdan biri Babken Asryan bu binadan qaçırılıb”.

Globalinfo.az xəbər verir ki, bunu erməni keşiş Baqrat Qalstanyan “Ani Grand” Hotelinin binası yaxınlığında çıxışı zamanı deyib.

“Ümid edirəm ki, o, axşam və ya sabah səhər buraxılacaq. Bilmirəm nə məqsədlə qaçırıblar. Yəqin ki, məqsəd məni qurbana çevirməkdir. Amma bununla mənə heç nə edə bilməzlər. Mehmanxanada həmişə operativ işçilər olur, növbətçilik edirlər. Bundan sonra daha diqqətli olacaqlar”, – deyə Qalstanyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az