Keşiş Baqrat Qalstanyan Ermənistandakı etiraz hərəkatının gələcək planlarından danışıb.
Globalinfo.az xəbər verir ki, o, rəhbərlik etdiyi hərəkatın İrəvanın mərkəzində genişmiqyaslı mitinq keçirəcəyini açıqlayıb.
Qalstanyan bildirib ki, hərəkatın nümayəndələri və tərəfdarlarından ibarət kiçik bir qrup yaxın vaxtlarda kənd sakinlərinə dəstək olmaq üçün Kirantsa gedəcək.
“Yaxın vaxtlarda zabitlər, iqtisadçılar, təhsil mütəxəssisləri ilə görüşlər nəzərdə tutulub. Şənbə günü səhər isə siyasi qüvvələrin nümayəndələrini görüşə dəvət edirəm”, – Qalstanyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














