Kəramət Böyükçöl namizədliyini niyə vermədi? – Özü açıqladı

Kəramət Böyükçöl namizədliyini niyə vermədi? – Özü açıqladı

Son günlər ictimaiyyətdə müzakirə olunan məsələlərdən biri də 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləridir. Əvvəlki seçkilərdə iştirak edən bir sıra tanınmış şəxslərin bu dəfə namizədliyini irəli sürməməsi diqqət çəkib. Onlar arasında 2020-ci ildə 80 saylı İmişli – Beyləqan seçki dairəsindən namizəd olan yazar-şair Kəramət Böyükçöldür. Bəs o, bu dəfə niyə seçkiyə qatılmadı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Kəramət Böyükçöl heç bir partiyanın üzvü olmadığını bildirib. O, sadə bir yazıçı olduğunu deyib:

“Nəticəsini görməyəcəyim bir şeyə görə gedib boş-boşuna əziyyət çəkmək istəmirəm. Həm də seçkinin necə keçirildiyi mənə məlumdur. Deputat olacaq adamların siyahısı artıq bəllidir. Ona görə də bu dəfə namizədliyimi irəli sürmədim”.

Zaira Akifqızı
Globalinfo.az