Polis Keniya parlamentinə basqın edən nümayişçilərə atəş açıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, qanunverici orqanın bir hissəsi yandırılıb, azı 10 nəfər ölüb, xeyli sayda insan yaralanıb.
Polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək izdihamı dağıtmağa çalışıb. Lakin buna nail olmayan asayiş keşikçiləri kütləyə atəş açıb.
Öz növbəsində tibb işçisi Riçard Nqumo atışma zamanı 50-dən çox insanın yaralandığını bildirib.
Müşviq Tofiqoğlu
Globalinfo.az














