Fransanın müstəmləkəçilik siyasəti əleyhinə, eləcə də anti-imperialist mövqeyi ilə tanınan siyasi aktivist, jurnalist Kemi Seba Parisdə polis tərəfindən saxlanılıb.
Globalinfo.az APA-ya istinadən bildirir ki, polislər onu bu gün günorta saatlarında nahar etdiyi restoranda saxlayaraq özləri ilə aparıblar.
Bir müddət əvvəl Nigerin lideri, 2023-cü ildə çevriliş nəticəsində hakimiyyətə gələn Abdorahmane Tiani tərəfindən müşavir təyin olunan Kemi Seba Fransa hökumətinin müstəmləkə siyasətinə qarşı radikal çıxışları ilə tanınıb.
Onun təyinatından sonra Niger qərb ölkələri ilə diplomatik əlaqələri dayandrıb.
Qeyd edək ki, bir müddət əvvəl Fransanın Afrikadakı müstəmləkələrində əhaliyə qarşı həyata keçirdiyi radikal tədbirlərə etirazların öncül simalarından olan K. Seba Bakıda keçirilən Fransa Müstəmləkə Siyasəti Əleyhinə Beynəlxalq Konfsanda da iştirak edib.














