Kəmaləddin Heydərov sabiq deputatın oğluna yüksək vəzifə verdi

Kəmaləddin Heydərov sabiq deputatın oğluna yüksək vəzifə verdi

Sabiq deputat, biznesmen Hacı Salayevin oğluna yüksək vəzifə verilib. 

Globalinfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Turqut Hacı oğlu Salayev FHN-in Əməliyyat-istintaq idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Turqut Salayev 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən keçmiş deputat Hacı Salayevin oğlu, general Baba Salayevin qardaşı oğludur.

Xatırladaq ki, FHN-in Əməliyyat-istintaq idarəsinin rəisi, polkovnik Sahib Rzayev bu vəzifədən azad edilərək, Fövqəladə halların xəbərdar edilməsi Baş İdarəsinin rəisi təyin edilib. Bu idarənin rəisi, general-mayor Valeh Abdullayev isə təqaüdə göndərilib.