Əri Lamiyəni buna görə bıçaqlayıbmış – Təfərrüat

Əri Lamiyəni buna görə bıçaqlayıbmış - Təfərrüat

TƏBİB-in əməkdaşı Lamiyə Qanbayevanın bıçaqlanmasının təfərrüatı məlum olub.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə nikahın ləğv edilməsindən sonra baş verib.

Bir müddət əvvəl qadın ərindən boşanmaq üçün məhkəməyə müraciət edib. Bu günlərdə məhkəmə cütlüyün boşanması ilə bağlı qətnamə qəbul edib. Bundan hiddətlənən ər qisas məqsədi ilə arvadını öldürmək niyyətinə düşüb. Ötən gün arvadının yaşadığı ünvana gəlib, ona 11 bıçaq zərbəsi vurub.

Qeyd edək ki, oktyabrın 6-da saat 18 radələrində Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Lamiyə Qanbayevanın bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə Şirvan şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırma zamanı 1988-ci il Tural Qanbayevin kəsici-deşici alətlə xəsarətlər yetirməklə Lamiyə Qanbayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

T.Qanbayev hadisədən sonra sirkə turşusu içərək özünü öldürməyə cəhd edib, hazırda onun xəstəxanada stasionar müalicəsi davam edir, vəziyyəti ağırdır.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

L.Qanbayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimayətlə əlaqələr şöbəsinin əməkdaşıdır.

***10:27

“1986-cı il təvəllüdlü L.Qambayevanın müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir”.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib

Bildirilib ki, bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub.

Hazırda onun vəziyyəti orta ağırdır.

Qeyd edək k, ötən gün Şirvan sakini, 1986-ci i təvəllüdlü Qanbayeva Lamiyə Nəcməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

11 bıçaq yarası alan qadın Şirvan xəstəxanasına yerləşdirlərək əməliyyata götürülüb.

Xatırladaq ki, L.Qanbayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıdır.