Soçi havalimanında yerli vaxtla səhər saat 05:00-dan etibarən 23 reysin yerinə yetirilməsində gecikmə baş verib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.
“Rosaviasiya”nın nümayəndəsi Artyom Korenyako bildirib ki, Kazan, Həştərxan və Volqoqraddakı aeroportlar da təyyarələrin qəbulu və yola salınmasını dayandırıb.
Qərar mülki təyyarələrin təhlükəsizliyinin təminatı ilə əsaslandırılıb.
***09:09
Kazan hava limanı Moskva vaxtı ilə saat 06:00-dan etibarən uçuşların qəbulunu və yola salınmasını müvəqqəti dayandırıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artyom Korenyako məlumat yayıb.
Onun sözlərinə görə, məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.
“Hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və yola salmır. Təyyarənin ekipajları, dispetçerlər və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər”, – Korenyako vurğulayıb.













